“Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanlarln molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir. İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir”.
Bunu hafta.az-a tədqiqatçı alim Yasəmən Qaraqoyunlu İranda baş qaldıran kütləvi etiraz dalğası ilə bağlı bildirib.
Y.Qaraqoyunlu bildirib ki, Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə tam haqqı çatır. Molla rejimi, fars şovinizminin qəddarlığından bezən soydaşlarımız ayağa qalxmalı və İslami dəyərlərdən, ədalət, insaniyyət anlayışından uzaq olan molla rejiminin başında duranlara layiq olduqları yeri göstərməlidirlər. Bu İranın ərazi bütövlüyünün pozulması demək deyil. Çünki bu dövləti də məhz biz – Səfəvilər, Nadir şah, Qacarlar qurub. Bunu, tarixi ədalətin bərpası hesab etmək olar.
İranın mərkəzi hakimiyətinin yeritdiyi inzibati demoqrafik siyəsətə əsasən azərbaycanlılar öz torpaqlarından İranın başqa ərazilərinə köç etdirilib və Azərbaycan torpaqları da müxtəlif ostanlılıqlara birləşdirilib. Məqsəd Azərbaycanı İran içərisində əritmək idi.
Tədqiqaçı alim qeyd edib ki, indi azərbaycanlı soydaşlarımızın yaşadığı İran, Türkiyədən sonra türklərin yaşadığı ən böyük coğrafiyadır. O, bildirib ki, İrandakı türklük İranın pan-farst siyasətinə qarşı daim mübarizə aparıb və bu gün elə bir siyasi mühit yetişib ki, türk milli oyanışı Qarabağda başlansa da İrəvanda və Tehranda tamamlanacaqdır.
“Sadəcə güney Azərbaycan deyil, İranın bütün bölgələrinə yayılmış türklər ayağa qalxmalıdır, türk dövəltçiliyi bərpa olunmalıdır. Və İran fars coğrafiyası deyil. Ona görə Türkiyə -Azərbayacan müttəfiqliyi ilə Qarabağda başlamış türk hərəkatı Tehranda öz sonucunu verməlidir”.